Lənkəranda baş verən qəzada piyada ölüb

Lənkəranda baş verən qəzada piyada ölüb

Hazırda oxunan: Lənkəranda baş verən qəzada piyada ölüb

179616

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şağlaser kəndində qeydə alınıb.

Kənd sakini, Əsgər Səyadullanın idarə etdiyi "Mercedes 190" markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən piyada, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törədən Ə.Səyadulla şübhəli şəxs qismində saxlanılıb.Meyit aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma başlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO