Azərbaycanda “Davam” Ümumrespublika Hərəkatı fəaliyyətə başlaması ilə bağlı ictimaiyyətə təqdimatı olub. Tədbirin açılış mərasimində Azərbaycanın himni səslənib və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
8 nəfərlik təşəbbüs qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda bir istiqamət üzrə təmsil edir:
** Nihad Allahyarlı ictimai-siyasi sahədə fəal gənclərin,
** Natiq Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban verən şəhid və qazilərimizin,
** Sara Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin,
** Reyhan Camalova innovativ ideyalı start-upcularımızın,
** Sabir Rüstəmov beynəlxalq arenada fəal olan gənclərin,
** Rəsul Çunayev gənc idmançı və çempionlarımızın,
** Məhəmməd Türkmən gənc jurnalistlərin,
** Nərmin Knyazlı isə sosial mediada fəal olan gənclərin təmsilçiləridir.
Təşəbbüs qrupunun üzvlərinin yekdil rəyi ilə “Davam” Ümumrespublika Hərəkatına rəhbər Nihad Allahyarlı seçilib.
Nihad Allahyarlı “Davam”ın əsas məqsəd və məramı barədə məlumat verib:
"Məqsədimiz Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı “Qarabağ Azərbaycandır!” siyasətinə xidmət etmək, bütün enerjimizlə Liderimizin yanında olmaqdır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 02.11.2020
“Davam” Ümumrespublika Hərəkatı yaradıldı - FOTO
Hazırda oxunan: “Davam” Ümumrespublika Hərəkatı yaradıldı - FOTO
Hazırda oxunan: “Davam” Ümumrespublika Hərəkatı yaradıldı - FOTO
1796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.