İspaniya millisinin baş məşqçisi ilə müqavilə uzadıldı

İspaniya millisinin baş məşqçisi ilə müqavilə uzadıldı

Hazırda oxunan: İspaniya millisinin baş məşqçisi ilə müqavilə uzadıldı

179456

İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, 62 yaşlı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

İspaniyalı məşqçi 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna kimi yığmanı çalışdıracaq.

Qeyd edək ki, Luis de la Fuente 2021-ci ilin iyul ayında İspaniya seçməsinin baş məşqçisi təyin olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO