Ölkəmiz kənardan idarə olunur - Erməni analitik

Ölkəmiz kənardan idarə olunur - Erməni analitik

Hazırda oxunan: Ölkəmiz kənardan idarə olunur - Erməni analitik

179333

“2010-2013-cü illərdə dünyada vəziyyət dəyişdi və Ermənistana həm Qərbdən, həm də Rusiyadan təzyiqlər artdı. Ermənistan bir çox məsələlərdə təslim olmağa məcbur oldu. Ruslar və Qərb öz versiyalarını irəli sürüblər”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində analitik Vardan Akopyan danışıb.

“2018-ci ildə isə Ukraynada olduğu kimi Ermənistanın xarici siyasətini dəyişmək üçün rəngli inqilab planlaşdırıldı. Hazırda siyasət o qədər dəyişib ki, regionda və Ermənistanın xarici əlaqələrində nə baş verdiyini anlamaq çətindir. Yalnız bir məqsəd var: Rusiyanı və Rusiya hərbi bazasını çıxartmaq. Və bu 6 il ərzində bu hakimiyyət addım-addım ona yaxınlaşır. Sadəcə olaraq, əgər Ermənistan anti-Rusiya xarici siyasəti yürüdürsə, o zaman onun İran və ya Hindistanla inkişaf edən əlaqələrinin nədən ibarət olduğu aydın deyil.

Biz görürük ki, Ermənistan qeyri-ittifaq dövlətinə çevrilir. Formal olaraq alyanslar var:

MDB, KTMT, amma praktikada buna qarşı addımlar atılır. 2017-ci ildən Ermənistana Qərbin təzyiqləri artıb, 2018-ci ildən isə Ermənistanın beynəlxalq münasibətlərdə əldə etdiyi əlaqələr artıq zəifləməyə başlayıb. Məncə, Ermənistan hakimiyyəti nə etdiyini bilmir, sadəcə olaraq kənardan müəyyən göstərişlərə əməl edir. Bu, yolunu azmış hakimiyyətin xarici siyasətidir.

Nəticədə Ermənistan bir çox xarici maraqların toqquşma meydanına çevrilib. İndiyə qədər bu hakimiyyətin xarici siyasət konsepsiyası yoxdur. Hər an ağıllarına gələni söyləyərək bəyanatlar verirlər. Xalqımız heç kimə lazım deyil, xalqın mənafeyini güdən liderimiz yoxdur. Belə davam edərsə, Ermənistan Sovet İttifaqı dövründə olduğundan da daha betər, xaricilərin idarə etdiyi əraziyə çevriləcək”, - deyə ekspert bildirib.​

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO