Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bizim.Media ''RİA Novosti''yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Lukaşenko: “Əminəm ki, qardaşım və dostum İlham Əliyev intiqam almayacaq”
Bildirilib ki, tərəflər müttəfiqlik münasibətlərini daha da gücləndirmək niyyətlərini dilə gətiriblər.
Dövlət başçıları Belarus liderinin Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağdakı nizamlanmanı da müzakirə ediblər.
Bizim.Media