Azərbaycan-Türkiyə universiteti harada FƏALİYYƏT göstərəcək? – Rəsmi AÇIQLAMA 

Azərbaycan-Türkiyə universiteti harada FƏALİYYƏT göstərəcək? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycan-Türkiyə universiteti harada FƏALİYYƏT göstərəcək? – Rəsmi AÇIQLAMA 

179208

"Böyük ehtimalla tədris binası Bakıda olacaq. Burada Türkiyə və Azərbaycan tərəfindən partnyor universitetlətin olması nəzərdə tutulub".

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyində Türkiyə-Azərbaycan Universiteti ilə bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni yaradılan Azərbaycan-Türkiyə universitetinə QƏBUL başlayır – Bu TARİXDƏ 


O bildirib ki, inzibati və maliyyə tərəflərini Azərbaycan həyata keçirəcək:

"Akademik dəstək isə Türkiyə tərəfindən reallaşdırılacaq. İlk olaraq mühəndislik, texnoloji ixtiasların olmasını düşünürük. Tələbə sayı ilk müddət məhdud say üçün olsa da, növbəti mərhələdə sayın artırılmasını düşünürük. Növbəti tədris ilində ilk qəbul planı açıqlanacaq".

Nicat Məmmədli onu da əlavə edib ki, tədris dilinin ilk olaraq ingilis, türk və Azərbaycan dilində olması planlaşdırılır:

“Gələcəkdə fərqli formatda olmasını düşünürük". Layihədən kənarda olan universitetlərlə də mübadilə olacaq. Bizim danışdığımız model yeni dünyanın trendlərinə uyğun olaraq reallaşdırılacaq. Vahid universitet modeli olmayacaq. Amma sözsüz ki, vahid bina olacaq. Tədris və akademik tərəflər Türkiyə və Azərbaycan müəllimlərinin birgə iştirakı ilə olacaq".

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO