Türkiyənin İstanbul şəhərində Qaziosmanpaşa səmtində dəhşətli hadisə vaş verib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Özkan Y. ögey anası Dilek Y.-nı küçənin ortasında tapança ilə başından vuraraq öldürüb. Hadisə zamanı gəncin ögey bacısı da anasının yanında olub. Hücum anı təhlükəsizlik kamerasına düşüb.
Məlumata görə, Özkan Y. narkotik istifadəçisi olub. O daha əvvəl ögey anası Dilek Y. və atasından narkotik almaq üçün pul istəyib və onları hədələyib.
Özkan Y. bir müddət küçədə gəzən ögey anası Dilek Y. və bacısını izləyib. O, əlindəki tapança ilə ögey anasının başına iki atəş açıb və hadisə yerindən qaçıb.
Bizim.Media