Kərimlə Zamiq arasında QALMAQAL: “Səninlə düşmənçilik aparsam...” - VİDEO 

Kərimlə Zamiq arasında QALMAQAL: “Səninlə düşmənçilik aparsam...” - VİDEO 

Hazırda oxunan: Kərimlə Zamiq arasında QALMAQAL: “Səninlə düşmənçilik aparsam...” - VİDEO 

179171

“Bəlkə də Zamiqi şeytan azdırıb. Onunla hər dəfə üz-üzə gələndə qucaqlaşırıq, bir-birimizin kürəyini sıxırıq… Ümid edirəm ki, mən yanlış başa düşmüşəm. Zamiq belə etməz… Soyuq olması onun xasiyyətindən irəli gələn bir məsələdir. Özü bilər… Əsas odur ki, haqqımda artıq şeylər danışmasın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, həmkarı Zamiq Hüseynov gözəllik salonlarında onun haqqında xoşagəlməz fikirlər səsləndirib. Kərim efir vasitəsi ilə Zamiqə xəbərdarlıq ünvanlayıb: 

“Zamiq gözəllik salonunda və ya məclislərdə oturub haqqımda danışır və deyir ki, “Filankəs kimilərə fikrin necədir?” Sən mənim yadıma da düşmürsən. Heç soruşmuram, heç sənin adını da çəkmirəm. Bilirəm ki, sənətçisən, dəyərlisən, xətrin əzizdir, hörmətini saxlayıram. Səndən keçəcəyim yoxdur. Amma oturub sənin adını çəkim və “Filankəs kimilərə münasibətim necədir?” sözlərini hansısa gözəllik salonunda deyim. Hətta bilə-bilə ki, o salonda bizim ortaq tanışlarımız, dostlarımız var… Bu, yanlış xəbərlər deyil. Bu hadisəni 4 nəfər təsdiq edib. Çox pisimə gəldi. Amma yenə də boş verdim. Düşündüm ki, insandır da… Ola bilər, Zamiq məni özünə çox böyük rəqib görür. Amma mən onu özümə rəqib yox, dost görürəm. Mən ona dostluq anlamı ilə yanaşıram. Mən rəqabəti sevmirəm. Amma onu görsəm, özünə deyəcəyəm ki, axı, mən səni, Zamiq, çox istəyirəm, xətrini əziz tuturam. Bəlkə də məndən hər hansısa bir məsələyə görə acıqlısan. Bilmirəm… Əsəbisən… Məni özünə düşmən görürsən… Mən səninlə heç zaman düşmənçilik aparmamışam. Əgər aparsam, çox pis apararam. Amma xahiş və rica edirəm, harada oturdunsa, adımı çəkmə, özündən danış. Necə ki, mən səndən danışmıram, maraqlanmıram. Sən mənim maraq dairəmdə deyilsən. Zamiq, səni çox istəyirəm, amma öz söhbətini et. Hansı salonda oturdun, Kərimin adını çəkmə, öz söhbətini et. Hər kəs altındakı “vedrəsinə” baxsın. Başqa heç kimin adını çəkməsin. Özünlə məşğul ol. Yenə də səni necə görmüşəmsə, öpüşüb, görüşmək istəyirəm, düşmən kimi yox, dost kimi”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO