Çempionlar Liqası: “Barselona” bu gün “Napoli”nin qonağı olacaq

Çempionlar Liqası: “Barselona” bu gün “Napoli”nin qonağı olacaq

Hazırda oxunan: Çempionlar Liqası: “Barselona” bu gün “Napoli”nin qonağı olacaq

179153

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda Portuqaliya “Portu”su doğma meydanda İngiltərənin “Arsenal” klubunu qəbul edəcək. Digər matçda isə İspaniyanın “Barselona” komandası İtaliyada “Napoli”nin qonağı olacaq.

Bu komandalar arasında cavab görüşləri martın 12-də oynanılacaq.

Xatırladaq ki, İtaliya “İnter”i dünən doğma meydanda İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda isə Niderlandın PSV kollektivi evdə Almaniya nəhəngi “Borussiya Dortmund”la qarşılaşıb. Matç qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO