FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Bizim.Media xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautreldir.
Qeyd edək ki, fevralın 22-də Bolqarıstanın Razqrad şəhərində oynanılacaq görüşə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:53 / 20.02.2024
Əliyar Ağayev Konfrans Liqasının oyununa TƏYİNAT ALDI
Hazırda oxunan: Əliyar Ağayev Konfrans Liqasının oyununa TƏYİNAT ALDI
Hazırda oxunan: Əliyar Ağayev Konfrans Liqasının oyununa TƏYİNAT ALDI
179047
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.