Bakı-Qazax yolunda “protiv” gedən sürücü cəzalandırıldı - VİDEO

Bakı-Qazax yolunda “protiv” gedən sürücü cəzalandırıldı - VİDEO

Hazırda oxunan: Bakı-Qazax yolunda “protiv” gedən sürücü cəzalandırıldı - VİDEO

179014

Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.

Bizim.Media Baş DYP İdarəsinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan, qayda pozuntusunu əks etdirən videogörüntü ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, videogörüntü Bakı-Qazax avtomobil yolunda çəkilib. Araşdırma zamanı “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücünün Ucar rayon sakini Qarakişi Kərimov olduğu müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
DYP-dən bildirilib ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb. Yol polisi sürücüləri bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO