"Kristall Palas" Roy Hocsonu istefaya göndərdi

Hazırda oxunan: "Kristall Palas" Roy Hocsonu istefaya göndərdi

178961

Roy Hocson “Kristal Pelas”la yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. 76 yaşlı mütəxəssis fasilələrlə 6 il komandaya başçılıq edib. 

O, 2017-ci ildə “Kristal Pelas”ın baş məşqçisi təyin olub. 2021-ci ildə komanda ilə yollarını ayıran Roy qısa müddətə “Uotford”a rəhbərlik edib. 
Komanda Hocsonunu başçılığı ilə 200 matçda meydana çıxıb və 66 qələbə qazanıb, 88 dəfə uduzub. 46 oyunda heç-heçə qeydə alınıb. 

Qeyd edək ki, Hocsonu əvəz edəcək mütəxəssisin adına aydınlıq gəlib. “Kristal Pelas”a 2022-ci ildə “Ayntraxt”a Avropa Liqası kubokunu qazandıran Oliver Qlasner rəhbərlik edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO