“Qarabağda işğala son qoyulması ilə bölgəmizdə davamlı sülh üçün tarixi fürsət pəncərəsi açıldı” - Ərdoğan

“Qarabağda işğala son qoyulması ilə bölgəmizdə davamlı sülh üçün tarixi fürsət pəncərəsi açıldı” - Ərdoğan

Hazırda oxunan: “Qarabağda işğala son qoyulması ilə bölgəmizdə davamlı sülh üçün tarixi fürsət pəncərəsi açıldı” - Ərdoğan

178948

 

“Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir”. 

Bizim.Media xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik. 
Fürsətdən istifadə edərək bir neçə gün əvvəl iki ölkənin sərhədində baş verən hadisələrin bir daha yaşanmamasına ümid etdiyimizi də bildirmək istəyirəm. Azərbaycan Ordusunun yaralanan əsgər qardaşımıza tezliklə şəfa tapmasını diləyirəm” , - deyə Ərdoğan qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO