Əziz qardaşım, İlham Əliyevi bir daha Prezident seçilməsi münasibəti ilə təbrik edir, onun ilk rəsmi ziyarətini Türkiyəyə etməsindən sevinc hissi duyuram.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, 7 fevralda baş tutan seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır.
Ərdoğan, həmçinin əlavə edib ki, seçki dönəmində Azərbaycana qarşı yanlış münasibət də sərgilənib:
“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsinə dair qərara qarşı reaksiyamızı bildirdik. Bu məclisin qarşıdurma deyil, parlamentar demokratiyanı gücləndirəcək bir dialoq platforması olması lazım olduğunu vurğulamağa davam edəcəyik. Bu qərarın ləğvinə qədər Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.
Bizim.Media