İran televiziyası qadın hakimə görə yayımı dayandırdı

İran televiziyası qadın hakimə görə yayımı dayandırdı

Hazırda oxunan: İran televiziyası qadın hakimə görə yayımı dayandırdı

17887

İran dövlət telekanalı İngiltərə Premyer Liqasının 31-ci turunun "Tottenhem" - "Mançester "Yunayted" oyununun (1:3) canlı yayımını yüz dəfədən çox dayandırıb.

Bizim.Media "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb matçın yan hakimi Sian Masseyin yayıma şort və diz çorabında girməsi olub.

Massey ekranda göründüyü anda, dövlət kanalı "Tottenhem"in stadionunun panoramik bir görünüşünü göstərib.

İranın insan hüquqları təşkilatı bunun yerli televiziya izləyicilərinin qadının ayaqlarının çılpaq hissələrini görməməsi üçün edildiyini bildirib.

Qeyd edək ki, 1979-cu ildən 2019-cu ilədək iranlı qadınlara futbol matçları zamanı stadionlara daxil olmaq qadağan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO