"Almaniya istəsə, müharibəni də, Putini də dayandıra bilər" - Kuleba

Hazırda oxunan: "Almaniya istəsə, müharibəni də, Putini də dayandıra bilər" - Kuleba

178812
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniyanın Ukrayna-Rusiya müharibəsini dayandıra biləcəyini deyib.
 
Sfera.az bildirir ki, nazir bu barədə Almaniyanın "ARD” televiziyasında yayımlanan "Günün mövzuları" proqramında danışıb. Kuleba, "Almaniyanın həm bu müharibəni, həm də Putini dayandırmaq gücü var" deyə söyləyib.
 
O, Almaniyanın əvvəlki siyasətinin iflasa uğradığını söyləyərək, fikirlərinə bu cür davam edib:

"Keçmişdə Berlin Kiyevə həmişə Rusiyanın gözü ilə, Moskvayla münasibətlər fonunda baxırdı. Amma görürük ki, Almaniya indi mövqeyini dəyişib. Əgər Almaniya daha əvvəl mövqeyini dəyişsəydi, biz bu müharibənin qarşısını ala bilərdik. Ancaq keçmişə deyil, gələcəyə baxaraq birlikdə hərəkət etmək lazımdır”.

Nazir, həmçinin Ukraynanın özünü müdafiə edə bilməsi üçün Almaniyadan onlara lazımi silahların verilməsini tələb etdiklərini xatırladıb. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin arzuolunmaz səfərinə gəlincə, o, müharibə dövründə protokolların bəzən düzgün dəyərləndirilə bilmədiyinə diqqət çəkib və təəssüf hissi keçirdiyini bildirib.

Günay Rəsulqızı
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO