Ölən İsrail hərbçilərinin sayı 574-ə çatdı

Ölən İsrail hərbçilərinin sayı 574-ə çatdı

Hazırda oxunan: Ölən İsrail hərbçilərinin sayı 574-ə çatdı

178810

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 574 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, daha bir İsrail əsgəri səhər saatlarında Qəzza zolağının cənubunda radikal HƏMAS hərəkatı ilə döyüşlərdə həlak olub. Beləliklə, Qəzza sektorunda yerüstü əməliyyatlar başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 236 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib.

Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb.
Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO