Türkiyə lazer silahları hazırladı - FOTO

Türkiyə lazer silahları hazırladı - FOTO

Hazırda oxunan: Türkiyə lazer silahları hazırladı - FOTO

178799

Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb. Onun növlərindən biri ROKETSAN şirkəti tərəfindən hazırlanan ALKA (yönləndirilmiş enerji silah sistemi) lazer silahıdır.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, ALKA süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. Belə ki, asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir. ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib.

Bildirilib ki, bu silah növü zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər, o, əsasən pilotsuz təyyarələrin məhv edilməsi, həmçinin minaların və əldəqayırma partlayıcı qurğuların uzaqdan partladılması üçün nəzərdə tutulub.

Silah üçün maksimal məsafə 4 km, dronun effektiv məhvetmə məsafəsi 1 km-ə qədərdir. ALKA fərqli hədəflərə zərbə endirə bilər. Beləliklə, obyektlərin PUA hücumlarına qarşı müdafiəsi vahid quruluşa malik olacaq.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO