Şahruddin kobud səhv etdi, komandası bərabərə qaldı - VİDEO

Şahruddin kobud səhv etdi, komandası bərabərə qaldı - VİDEO

Hazırda oxunan: Şahruddin kobud səhv etdi, komandası bərabərə qaldı - VİDEO

178792

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” bu gün səfərdə “Alanyaspor”la qarşılaşıb.

Oyun 3:3 hesablı bərabərliklə bitib. 

Start “11-lik”də yer alan Şahruddin fasilədə əvəzlənib. Yığmamızın qolkiperi oyundan alınarkən komandası 0:2 hesabı ilə geridə olub. İkinci qolda səhvə yol verən milliləşdirilmiş dağıstanlı bu səbəbdən əvəzlənib. Hazırda 32 xalı olan “Adana Dəmirspor” 10-cu pillədə qərarlaşıb.
 


Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO