Moldova yeni prezidentini ikinci turda müəyyən edəcək

Moldova yeni prezidentini ikinci turda müəyyən edəcək

Hazırda oxunan: Moldova yeni prezidentini ikinci turda müəyyən edəcək

1787

Noyabr ayının 1-də Moldova keçirilən prezidenti seçkilərinin ilkin nəticələri bəllidir. 
MSK-nın məlumatına görə, səsvermədə 1.211.147 seçici iştirak edib. 

Xaricdə səsverən vətəndaşların isə hələ bülletenləri sayılmayıb. Ölkə hüdüdlarından kənarda 136.619 seçici qeydiyyatdan keçib.

Bizim.Media məlumat verir ki, dövlət başçısı vəzifəsinə 8 namizəd iddia edib. Gərgin mübarizə isə iki namizəd, indiki prezident İqor Dadon və Maya Sandunun arasında gedib. 

MSK-nın ilkin açıqlamalarına görə, Moldovanın sabiq baş naziri, PAS Partiyasının lideri Maya Sandu prezident seçkilərində liderdir - seçki məntəqələrindən protokolların 99,81%-i sayıldıqdan sonra o 36,1%, ölkənin hazırkı prezidenti Iqor Dodon isə 32,66% səs toplayıb.

Bu isə o deməkdir ki, namizədlər lazım olan 50 faizlik baryeri keçə bilməyiblər. Ona görə də Moldova seçkilərin ikinci turuna getmək zorundadır.

İkinci turun noyabrın 15-də keçirilməsi palnlaşdırılır.

Ölkə Konstitusiyasına əsasən Moldova prezidenti dörd illik müddətə seçilir və and içdiyi gündən vəzifəyə başlayır. Dövlət başçısı vəzifəsinə seçki hüququ olan, 40 yaşına çatmış, Moldova Respublikasının ərazisində ən azı 10 il yaşamış və dövlət dilini bilən vətəndaş iddia edə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO