Çexiya Ukrayna üçün 800 min artilleriya mərmisi əldə edib

Çexiya Ukrayna üçün 800 min artilleriya mərmisi əldə edib

Hazırda oxunan: Çexiya Ukrayna üçün 800 min artilleriya mərmisi əldə edib

178670

“Çexiya Ukrayna üçün 155 və 122 mm kalibrli 800 min artilleriya mərmisi əldə edib. Əgər maliyyələşmə olarsa, yaxın həftələrdə mərmilər Ukrayna ordusuna təhvil veriləcək”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Avropa İttifaqına üzv 5 ölkənin liderlərinin iştirakı ilə baş tutan panel müzakirəsində bildirib.

Çexiyanın  dünyada hərbi avadanlıq axtarışı üzrə uğur qazandığını xatırladan prezident qeyd edib ki, Çexiya ABŞ, Almaniya, İsveç və digər ölkələrdəki tərəfdaşlarından maliyyə dəstəyi ala bilsə, bu mərmilər bir neçə həftə ərzində Ukraynaya göndəriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO