Xatun:

Xatun: "Səhər efirə gedəcəyəmsə, gecə oğlumla gəlinimin evində qalıram" - VİDEO

Hazırda oxunan: Xatun: "Səhər efirə gedəcəyəmsə, gecə oğlumla gəlinimin evində qalıram" - VİDEO

178666

Müğənni Xatun Əliyeva efirdə gəlini ilə münasibətlərindən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "10-da görüşək" verilişində bildirib ki, səhər efirlərinə gecikməmək üçün gecədən Yasamalda oğlu ilə gəlininin yaşadığı evlərinə gəlir.

"Gəlinim məndən soruşur ki, "ana, bu gün tez duracaqsız?" Cavab verirəm ki, "Saat 07:00, amma sən durma". Onsuzda o, həyat yoldaşı, yəni mənim oğlum Adili saat 08:30-da işə yola salır. Ona görə ona deyirəm ki, get yat, durma. Dedim ki, sən məni güdürsən evdə? Get yat. 
İnanın onlarda qalanda evin içində barmaqlarımın üstündə gəzirəm ki, onları oyatmayım, rahat yatsınlar. Mətbəxə girən kimi, görürəm ki, gəlinim arxamca gəlir. Gəlinim mənim kimi oxatan bürcündəndir. Əgər səhər çəkilişə, verilişə gədəcəyəmsə, gecikməmək üçün gedib oğlum Adilgildə Yasamalda qalıram. Ama özüm Xətaidə yaşayıram", - deyə Xatun vurğulayıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO