“Qarabağ” - “Braqa” oyununa satılan biletlərin sayı açıqlandı - FOTO

“Qarabağ” - “Braqa” oyununa satılan biletlərin sayı açıqlandı - FOTO

Hazırda oxunan: “Qarabağ” - “Braqa” oyununa satılan biletlərin sayı açıqlandı - FOTO

178635

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, Klubdan verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matça 26 500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO