Daha bir cüdoçumuz “Böyük Dəbilqə”də bürünc medal qazandı

Daha bir cüdoçumuz “Böyük Dəbilqə”də bürünc medal qazandı

Hazırda oxunan: Daha bir cüdoçumuz “Böyük Dəbilqə”də bürünc medal qazandı

178536

Azərbaycan yığması Bakıda cüdo üzrə keçirilən "Böyük dəbilqə"də növbəti medalını qazanıb. 

Bizim.Media xəbər verir ki, millimizin heyətində Yaşar Nəcəfov bürüncə sahib çıxıb. 

66 kq çəki dərəcəsində yarışan Yaşar ilk iki mərhələdə Julyen Fraskadore (Kanada) və Rüfət Ələsgərovu (AİN) mübarizədən kənarlaşdırıb. 
O, yarımfinalda Alberto Martin Qayteroya (İspaniya) uduzub. Nəcəfov bürünc şansını qaçırmayıb. Cüdoçumuz Vilyam Limeni (Braziliya) məğlub edərək, 3-cü olub. 

Yaşarla eyni çəkidə yarışan Rəşad Yelkiyev isə turniri 5-ci pillədə başa vurub. O, bürünc uğrunda görüşdə Rüfət Ələsgərova (AİN) uduzub. 

Qadınların mübarizəsində ən yaxşı nəticəyə Aydan Vəliyeva imza atıb. 52 kq çəki dərəcəsində yarışan cüdoçu 5-ci olub. 

Qeyd edək ki, millimizin aktivinə ilk mükafatı Balabəy Ağayev yazdırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO