“Böyük Dəbilqə”: Cüdoçumuz bürünc medal qazandı

“Böyük Dəbilqə”: Cüdoçumuz bürünc medal qazandı

Hazırda oxunan: “Böyük Dəbilqə”: Cüdoçumuz bürünc medal qazandı

178511

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən "Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə özbəkistanlı Kamoliddin Baxtiyarova qalib gəlib.

Qeyd edək ki, bu gün daha 3 cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq:

Bunlar Yaşar Nəcəfov (66 kiloqram), Rəşad Yelkiyev (66 kiloqram) və Aydan Vəliyevadır (52 kiloqram).
Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO