“Biz tramvaydan danışırıq, Yaponiyada, Çində uçan taksilərdən istifadə edirlər” – Siyavuş Novruzov

“Biz tramvaydan danışırıq, Yaponiyada, Çində uçan taksilərdən istifadə edirlər” – Siyavuş Novruzov

Hazırda oxunan: “Biz tramvaydan danışırıq, Yaponiyada, Çində uçan taksilərdən istifadə edirlər” – Siyavuş Novruzov

178455

“Şəhərdə üç yol zolağl müəyyənləşdirilib: avtobus, velosiped və digər maşınlar üçün zolaqlar. Şəhərin bu darısqallığında onların idarə olunması problem yaradır. Avtobus yolu boş saxlanılır, digər maşınlar zolağa daxil olanda cərimlənirlər. Bu zolaqlar elə tənzimlənməlidir ki, digər maşınlar da o zolaqdan istifadə edə bilsinlər və avtobus gələndə onlara yol versinlər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.

Deputat Bakı şəhərinin nəqliyyat infrastrukturunda dəyişikliklərlə bağlı təkliflərlə də çıxış edib:

“İndi söhbət gələcəkdə çəkiləcək tramvay xətlərindən gedir. Düşünürəm ki, bir az qabağa baxmaq lazımdır, çünki artıq Çində, BƏƏ-də, Yaponiyada uçan taksilərdən istifadə olunur. Hesab edirəm ki, yeraltı nəqliyyatdan daha çox istifadə edilməlidir”, - deyə deputat əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO