"Qarabağ"ın qələbəsindən sonra Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ

Hazırda oxunan: "Qarabağ"ın qələbəsindən sonra Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ

178448

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa" üzərində 4:2 hesabı ilə qələbə qazanıb. 

Bizim.Media xəbər verir ki, bu qələbə sayəsində UEFA reytinqində Azərbaycana növbəti xallar yazılıb. 

Belə ki, Ağdam klubu Portuqaliyada qələbə qazanmaqla, ölkə reytinqinə daha 0,500 əmsal əlavə edilib. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,625-ə bərabərdir. 

Belədə, Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. Hər iki ölkə eyni əmsala malikdir. Lakin klublarımızın cari mövsüm daha çox xal toplamaları irəliləməyimizə yol açıb.
Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO