“Ağacları budayırıq deyib, yaşıllıqlarımızı kəsirlər” - Şərifzadə küçəsində sakinlər ayağa qalxdı - FOTO

“Ağacları budayırıq deyib, yaşıllıqlarımızı kəsirlər” - Şərifzadə küçəsində sakinlər ayağa qalxdı - FOTO

Hazırda oxunan: “Ağacları budayırıq deyib, yaşıllıqlarımızı kəsirlər” - Şərifzadə küçəsində sakinlər ayağa qalxdı - FOTO

17837

Sosial mediada Yasamal rayonu, Talıblı küçəsi ilə Abbas Mirzə  Şərifzadə küçəsinin kəsişməsində, notarius ve “JEK” olan binanın  həyətlərində ağacların kəsilməsi ilə bağlı fotolar paylaşılıb. Orada yaşayan sakinlər ağacların kəsilməsindən narahatdırlar.

Abbas Mirzə Şərifzadə 192 ünvanında yaşayan sakin Anar Abbasov Bizim.Media-ya bildirib ki, budamaq adı ilə uşaqlarımızın altında istrahət etdiyi ağacları doğrayıb yerə töküblər:

“3-dən çox ağac kəsiblər. O ağaclar yayda binanın qarşısına sərinlik verirdi. Niyə kəsirlər? Ərazidə kim iş aparır, bilmirik. Deyirlər ki, yerində bina tikəcəklər”.

Bizim.Media olaraq sakinlərin şikayətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə yönəltdik. Hər iki qurumdan bildirildi ki, araşdırılıb məlumat veriləcək.

Sakinlərlə söhbət əsasında öyrəndik ki, ərazidə ağacların kəsilməsi işini “Smartdom” MMC şirkəti icra edib. Sözügedən şirkətlə əlaqə saxladıq. 

Tikinti şirkətinin əməkdaşı Sevinc Süleymanova bildirdi ki, Abbas Mirzə Şərifzadə küçəsinin  kəsişməsində, notarius və “JEK” olan binanın  həyətlərində ağaclar sadəcə olaraq budanır:

“Bizim şirkət ağacları kəsib yerində bina tikməyəcək. Bəli, Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində, notarius və “JEK” olan binanın həyətlərindəki “Xruşşovka” binaların söküntü işini bizim şirkət icra edəcək. Yerində çoxmərtəbəli yaşayış binası ucaldılacaq. Lakin indi  həyətdə sadəcə abadlaşdırma işi aparılır”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO