Bakıda daha bir avtobus kart sisteminə KEÇİR 

Bakıda daha bir avtobus kart sisteminə KEÇİR 

Hazırda oxunan: Bakıda daha bir avtobus kart sisteminə KEÇİR 

178322

Fevralın 17-dən "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək. 

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. 

"AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir", - deyə məlumatda qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO