''Hər şeyi gözlərimlə görmək üçün buraya gəlmişəm'' - İtaliya senatının komissiya sədrinin Gəncə səfəri 

''Hər şeyi gözlərimlə görmək üçün buraya gəlmişəm'' - İtaliya senatının komissiya sədrinin Gəncə səfəri 

Hazırda oxunan: ''Hər şeyi gözlərimlə görmək üçün buraya gəlmişəm'' - İtaliya senatının komissiya sədrinin Gəncə səfəri 

17829

“Mən 44 gün ərzində baş verənləri öz gözlərimlə görmək üçün bura gəlmişəm”.

Bizim.Media-nın məlumatına görə, bunu Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçelli deyib. 

O bildirib ki, onu buraya Azərbaycanla İtaliya arasındakı dosatluq əlaqələri gətirib:

“Azərbaycanın bu müharibə ilə bağlı malik olduğu səbəbləri dəstəkləyirəm. Bunu eyni zamanda, BMT-nin qətnamələri də təsdiqləyir”.

O bildirib ki, münaqişə zamanı mülki şəxslərə qarşı törədilənlər cinayət aktıdır:

“Bu, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Burda gördüklərim hamısı məndə böyük məyusluq hissi yaradır. Mənim qəlbimi sıxır, yaralayır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO