"Qarabağ" hörmət etdiyimiz rəqibdir" - "Braqa"nın baş məşqçisi

Hazırda oxunan: "Qarabağ" hörmət etdiyimiz rəqibdir" - "Braqa"nın baş məşqçisi

178221

"Qarabağ" bizim hörmət etdiyimiz rəqibdir. Biz onları tanıyırıq və öyrənirik. Ona görə də bilirik ki, çox bacarıqlı komandadırlar. Hər il Avropa yarışlarında iştirak edirlər və öz ölkə çempionatlarında tam üstünlük təşkil edirlər. Qalib gəlməli və 2-ci oyun öncəsi vacib üstünlüyə nail olmalıyıq".

Bizim.Media xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçii Artur Jorje Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, onları  rahat matç gözləmir:

"Bu cür yarışlara öyrəşmiş və 1/8 finala yüksəlmək istəyən komanda ilə qarşılaşacağıq. Onlar bütün diqqətlərini bu oyuna cəmləyiblər, çünki daxili çempionatı rahatlıqla idarə edə bilirlər, ard-arda yeddi-səkkiz çempionluqları var. Bizim tərəfimizdən asan olacağını düşünmək və özümüzə güvənmək edəcəyimiz ilk səhvdir. Futbolçularımın nəyə qadir olduğunu bilirəm və yanaşma ciddi və qələbə axtarışında olacaq".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO