Audiovizual Şuradan televiziya yayımçılarına tapşırıqlar VERİLDİ

Audiovizual Şuradan televiziya yayımçılarına tapşırıqlar VERİLDİ

Hazırda oxunan: Audiovizual Şuradan televiziya yayımçılarına tapşırıqlar VERİLDİ

178182

Fevralın 14-də Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilib.

Audiovizual Şuradan Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılıb.

Audiovizual mediada uşaqların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərən yayımlara qarşı mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə mövzularında proqramların hazırlanması və yayımlanması ilə əlaqədar yayımçılara zəruri tövsiyələr verilib. 
Həmçinin yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatlara dair məsələlər müzakirə edilib.

Görüşdə ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının proqram rəhbərləri və səlahiyyətli şəxsləri, Audiovizual Şuranın hüquq və kommunikasiya üzrə əməkdaşları iştirak ediblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO