Naxçıvanda həmkəndlisini öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Naxçıvanda həmkəndlisini öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Naxçıvanda həmkəndlisini öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

178129

Xəbər verildiyi kimi ötən il oktyabrın 19-da Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikası Prokurorluğu yayıb.

İstintaqla 1994-cü il təvəllüdlü Elvin Zaxarovun həmkəndlisi Fariz Ağayevi aralarında yaranmış mübahisə zamanı kənd ərazisində  bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elvin Zaxarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO