Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib.
DSX-nın keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.
Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb.
Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nın əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir.
Bizim.Media “apa.az”a istinadən Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edir.
Bizim.Media