İranda magistral qaz xətti partlayıb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Çaharmahal və Bəxtiyari əyalətinin Borucən şəhərində magistral qaz borusu partlayıb.
Məlumata görə, güclü partlayışın səsi bir sıra ərazilərdə eşidilib. İnsan itkisinin olmadığı bildiriləsə də, partlayış nəticəsində rabitə xətləri yanıb. Qeyd olunub ki, borularda olan qazı boşaltmaq üçün Borucən şəhərində qaz kəsilib.
Bizim.Media