“Zirə”-“Sumqayıt” oyununda qol vurulmadı

“Zirə”-“Sumqayıt” oyununda qol vurulmadı

Hazırda oxunan: “Zirə”-“Sumqayıt” oyununda qol vurulmadı

178021

Misli Premyer Liqasında 22-ci turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, sonuncu oyun gününün daha bir oyunu “Zirə” ilə “Sumqayıt” arasında baş tutub.

Tərəflər bu oyundan qol vurmadan 1 xalla ayrılıblar. Daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Sabah”la “sülh bağlayıb” (3:3), “Kəpəz”“Səbail”ə böyük hesabla (1:4) uduzub. “Turan Tovuz” isə “Qəbələ”ni 2:1 hesabıyla məğlub edib.

Misli Premyer Liqası

22-ci tur

13 fevral

“Zirə” – “Sumqayıt” 0:0

Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov.

Zirə İK stadionu, 17:15.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Andriya Lukoviç, 15. Pyer Zebli, 6. Eldar Quliyev.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov, 28. Abbas İbrahim, 19. Salifu Suma.

Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71.

Masaki Murata, 60. Tresor Mossi.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Əliyev, 9. Erik Sorqa.

Baş məşqçi: Samir Abasov.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO