“Range Rover”i 200 km/saat sürətlə sürüb, videoya çəkən xanımı hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA/VİDEO

“Range Rover”i 200 km/saat sürətlə sürüb, videoya çəkən xanımı hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA/VİDEO

Hazırda oxunan: “Range Rover”i 200 km/saat sürətlə sürüb, videoya çəkən xanımı hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA/VİDEO

177944

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə və bəzi xəbər portallarında “77-ES-777” dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin xanım sürücüsünün maşını 200 km/saat sürətlə idarə etməsi barədə videomaterial paylaşılıb.

Məsələ ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. İdarənin əməkdaşı Elvin Hacıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar:
 

MÖVZU İLƏ BAĞLI:

Xanım sürücü "Range Rover"i 200-lə sürüb özünü videoya çəkdi - VİDEO


“Məsələ ilə bağlı müvafiq araşdırma gedir”.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov sürücünü hansı cəzanın gözlədiyi ilə bağlı məsələyə aydınlıq gətirib:

“İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, həmin sürücünü 300 manat cərimə gözləyir. Bundan əlavə, sürücü 4 cərimə balı da ala bilər”. 

Qeyd edək ki, sözügedən məlumatı ilk olaraq, “avtosfer.az” saytı yayıb.
 


Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO