Azərbaycanlı “qanuni oğru” Əli Heydərovu öldürən şəxs Moskvada tutuldu - VİDEO

Azərbaycanlı “qanuni oğru” Əli Heydərovu öldürən şəxs Moskvada tutuldu - VİDEO

Hazırda oxunan: Azərbaycanlı “qanuni oğru” Əli Heydərovu öldürən şəxs Moskvada tutuldu - VİDEO

17791

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli azərbaycanlı kriminal avtoritet Əli Heydərov fitness-klubda qətlə yetirilib. İlkin versiyaya görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqələrinə görə öldürlüb.

Digər tərəfdən, “Albert Rıjiy” digər kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) gizli sifarişçisi hesab edilir. Hər iki “qanuni oğru” “Ded Xasan”ın (Aslan Usoyan) ölümündən sonra onun şəriki sayılmaq hüququ uğrunda bir-biri ilə düşmənçilik ediblər.

Bu gün alınan informasiyaya görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxsi Moskvanın fitness mərkəzlərindən birində saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı 14 aprel çərşənbə günü Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin saytı yayıb.

Mənbə yazır ki, hüquq-mühafizə orqanları şübhəlinin şəxsiyyətini və yerini tez bir zamanda müəyyənləşdirməyi bacarıblar. Hazırda onun evində axtarışlar davam edir.

“Albert Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərov keçən il şərti olaraq sərbəst buraxılıb. O, 2013-cü ildə öldürülən kriminal avtoritet Ded Xasanın köməkçisi olub. 2016-cı ildə Heydərov yeddi il həbs cəzası ilə sərt rejim koloniyasına göndərilib.

12 aprel tarixində isə Moskvanın şimal-qərbindəki bir fitness klubunda öldürülüb. Ona odlu silahdan bir neçə dəfə atəş açılıb. Qatil hadisə yerindən qaçıb.

REN TV bu cinayətlə bağlı video yayımlayıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO