Latviya Prezidenti İlham Əliyevi TƏBRİK EDİB

Latviya Prezidenti İlham Əliyevi TƏBRİK EDİB

Hazırda oxunan: Latviya Prezidenti İlham Əliyevi TƏBRİK EDİB

177826


Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Əminəm ki, birgə səylərimizlə Latviya və Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etməkdə davam edəcəkdir.
İnanıram ki, bizim sağlam dialoqumuzun davamlı inkişafı ölkələrimiz və xalqlarımızın uzunmüddətli maraqlarına xidmət edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, enerji və ali dövləti vəzifənizin icrasında uğurlar, həmçinin ölkənizə və onun xalqına sülh və firavanlıq arzulayıram".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO