COP29-da könüllülərlə iş üzrə rəhbər təyin edildi

COP29-da könüllülərlə iş üzrə rəhbər təyin edildi

Hazırda oxunan: COP29-da könüllülərlə iş üzrə rəhbər təyin edildi

177819

COP29 Azərbaycan Əməliyyat Şirkətinə könüllülərlə iş üzrə rəhbər təyin olunub. 

Bizim.Media "trend.az"a istinadən xəbər verir ki, bu sahə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyevaya həvalə edilib. 

Qeyd edək ki, buna qədər təşkil edilən COP layihələrində könüllülərin fəaliyyəti hər bir zaman vacib hesab olunub və noyabr ayında paytaxtımızda keçiriləcək COP29-da da yüzlərlə könüllünün iştirakı gözlənilir. 

2019-cu ildən RİİB-də fəaliyyət göstərən Adilə Əliyeva müxtəlif layihələrin, o cümlədən, ətraf mühitin qorunması, əhalinin ekoloji maarifləndirilməsi üzrə layihə və tədbirlərin iştirakçısı olub. 
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Adilə Əliyeva Böyük Britaniyanın Bristol Universitetində magistr dərəcəsi üzrə təhsil alıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Adilə Əliyeva 2023-cü ildə ictimai və sosiayönümlü fəaliyyətinə görə Gənclər üçün Prezident mükafatı ilə təltif edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO