Bir neçə gün əvvəl beyninə qan sızan Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev reanimasiyadan çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda İstanbulda yaşayan Əməkdar incəsənət xadimi Məlahət Abbasova sosial şəbəkə hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Cavanşir Quliyev bu gün əməliyyat olunacaq
Aktrisa bildirib ki, bəstəkar özünü yaxşı hiss edir və palatadadır:
“Cavanşir Quliyev yaşayır. Reanimasiyadan çıxıb, palatadadır, yeriyir və özünü yaxşı hiss edir. Bu gün saat 11:00-da balaca bir əməliyyat da olunacaq. Dualarım onunladır”.
Rəşad Əliyev, Bizim.Media