Cəlilabadda şagirdi məktəb yoldaşı bıçaqladı

Cəlilabadda şagirdi məktəb yoldaşı bıçaqladı

Hazırda oxunan: Cəlilabadda şagirdi məktəb yoldaşı bıçaqladı

177613

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri Vaqif küçəsində qeydə alınıb. 

Belə ki, təcili tibbi yardım briqadasına küçədə yıxılıb qalan şəxs haqqında məlumat verilib.

Təcili tibbi yardım avtomobili ilə yeniyetmə 2008-cı il təvəllüdlü H.B ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Onun qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası və kürək nahiyəsindən kəsilmiş deşilmiş yarası xəsarətləri aldığı məlum olub. 

Aparılan araşdırmalarla həmin xəsarətlərin ona Cəlilabad şəhəri ərazisində digər bir məktəbli tərəfindən yetirildiyi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü digər bir məktəbli müəyyən edilərək saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məktəblilərin Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinfinin paralel şagirdləri olduğu bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO