İran İsrail millisinin beynəlxalq yarışlardan kənarlaşdırılmasını TƏLƏB EDİR

İran İsrail millisinin beynəlxalq yarışlardan kənarlaşdırılmasını TƏLƏB EDİR

Hazırda oxunan: İran İsrail millisinin beynəlxalq yarışlardan kənarlaşdırılmasını TƏLƏB EDİR

177603

İran Futbol Federasiyası FİFA-ya məktub göndərərək, İsrail millisinin beynəlxalq yarışlarda iştirakdan uzaqlaşdırılmasını tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Tələb İsrailin Qəzza zolağında apardığı silahlı münaqişə ilə bağlıdır.

Fevralın 8-də Yaxın Şərqin 12 ölkəsi də (Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, İraq, İordaniya, Küveyt, Livan, Oman, Suriya, Yəmən) FİFA və UEFA-ya məktub göndərərək İsrail millisinin beynəlxalq yarışlardan kənarlaşdırılmasını istəyib.
Martın 21-də Almaniyada keçiriləcək Avro-2024-ün seçmə mərhələsinin pley-offunun yarımfinalında İsrail millisi İslandiya ilə qarşılaşacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO