İraqın “Kətaib Hizbullah” təşkilatının komandiri öldürüldü - VİDEO

İraqın “Kətaib Hizbullah” təşkilatının komandiri öldürüldü - VİDEO

Hazırda oxunan: İraqın “Kətaib Hizbullah” təşkilatının komandiri öldürüldü - VİDEO

177580

İraqın şiə yarımhərbiləşdirilmiş “Kətaib Hizbullah” təşkilatının komandiri öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, “Kətaib Hizbullah”ın yüksək rütbəli komandirlərindən biri Əbu Baqer əs-Sədi təşkilatın avtomobilinə edilən ABŞ-ın dron hücumları nəticəsində öldürülüb.

Məlumata görə, ilk öncə iki silahlının öldürüldüyü bildirilirdi. Lakin təsdiqlənmiş rəsmi məlumata görə, hücum zamanı bu qrupun yalnız bir yüksək rütbəli komandiri zərərsizləşdirilib.

Buna səbəb kimi Pentaqonun İordaniyadakı hərbi bazasıında üç Amerika əsgərinin öldürülməsində “Kətaib Hizbullah”ın əli olduğunu iddia etməsi göstərilib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO