NATO-nun Baş katibindən XƏBƏRDARLIQ: “Rusiya ilə müharibəyə hazırlaşmalıyıq”

NATO-nun Baş katibindən XƏBƏRDARLIQ: “Rusiya ilə müharibəyə hazırlaşmalıyıq”

Hazırda oxunan: NATO-nun Baş katibindən XƏBƏRDARLIQ: “Rusiya ilə müharibəyə hazırlaşmalıyıq”

177527

“NATO Rusiya ilə onilliklər boyu davam edəcək qarşıdurmaya hazırlaşmalı və silahlanmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib: 

"Alyans Rusiya ilə müharibə axtarmır. Lakin biz mümkün qarşıdurma üçün silahlanmalıyıq".

O, həmçinin Avropanın müdafiə şirkətləri üçün daha çox və daha sürətli sifarişlər verməyə çağırıb.

"Əgər Putin Ukraynada qalib gəlsə, Rusiyanın başqa ölkələrə hücum etməyəcəyinə zəmanət yoxdur. İndi ən yaxşı müdafiə Ukraynanı dəstəkləmək və NATO-nun hərbi imkanlarına sərmayə qoymaqdır”, - Stoltenberq əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO