İstanbuldakı terror aktına görə saxlanılanların sayı 102-yə ÇATIB

İstanbuldakı terror aktına görə saxlanılanların sayı 102-yə ÇATIB

Hazırda oxunan: İstanbuldakı terror aktına görə saxlanılanların sayı 102-yə ÇATIB

177461

İstanbulun Çağlayan  rayon məhkəməsinin girişində törədilən silahlı hücumla bağlı saxlanılanların sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT Haber”ə açıqlamasında məlumat verib.

“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir”.

Nazir qeyd edib ki, istintaq ətraflı aparılır və saxlanılanların xarici güclərlə əlaqəsi araşdırılır.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 11:46-da İstanbulun Çağlayan məhkəməsinin binası qarşısındakı təhlükəsizlik postuna silahlı hücum edilib. Hadisə zamanı bir vətəndaş həlak olub. Hücumun iştirakçıları - İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının iki üzvü hadisə yerində öldürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO