“Reuters” Ermənistan ordusunda muzdluların döyüşdüyünü təsdiqlədi

“Reuters” Ermənistan ordusunda muzdluların döyüşdüyünü təsdiqlədi

Hazırda oxunan: “Reuters” Ermənistan ordusunda muzdluların döyüşdüyünü təsdiqlədi

1774

Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters” agentliyinin reportajında təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

“Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, eləcə də PKK terrorçuları Ermənistandadırlar”-deyə H.Hacıyev qeyd edib.

Xatırladaq ki, "Reuters" agentliyi  Ermənistan ordusunda xarici ölkə vətəndaşlarının döyüşdüyü haqqında reportaj təqdim edib.

Reportajda Livan vətəndaşlarının Ermənistandakı döyüşlərə cəlb edilməsindən bəhs edilib. Qeyd olunub ki, Livanda 140 min erməni yaşayır. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Livandan olan ermənilərin döyüşə qatılmasının əsas səbəbi Livanda üzləşdikləri maliyyə sıxıntılarıdır. "Onların da ağlına gəlməzdi ki, nə vaxtsa maliyyə sıxıntısına görə belə bir addım atarlar" –  agentlik məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO