Gəncədə avtomobilin vurduğu piyada 12 gün sonra vəfat ETDİ 

Gəncədə avtomobilin vurduğu piyada 12 gün sonra vəfat ETDİ 

Hazırda oxunan: Gəncədə avtomobilin vurduğu piyada 12 gün sonra vəfat ETDİ 

177350

Gəncədə yanvarın 26-da yolu keçmək istəyərkən vurulan piyada xəstəxanada dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə N.Nərimanov prospektində baş verib. 

Hərəkətdə olan, 1994-cü il təvəllüdlü Murad Bayramovun idarə etdiyi "Mercedes" markalı avtomobil piyada, 1960-cı il təvəllüdlü Çiçək Böyükağa qızı Surayyanı ehtiyatsızlıqdan vurub.
Həkimlərin səyinə baxmayaraq, müxtəlif dərəcəli bədən xəsarətləri alan 63 yaşlı qadın dünən müalicə aldığı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO