Millimizin Millətlər Liqasındakı rəqibləri bəlli oldu

Millimizin Millətlər Liqasındakı rəqibləri bəlli oldu

Hazırda oxunan: Millimizin Millətlər Liqasındakı rəqibləri bəlli oldu

177310

Bu gün futbol üzrə Millətlər Liqasının püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən püşkatma mərasimində milli komandamızın da rəqibləri bəlli olub. 

C divizionunda yarışacaq millimiz tanış rəqiblərlə düşüb. Hazırda baş məşqçisiz olan yığmamız İsveç, Estoniya və Slovakiya ilə eyni qrupda mübarizə aparacaq.

Xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi İsveç və Estoniya ilə eyni qrupda mübarizə aparmışdı. Cani De Byazinin komandası səfərdə Estoniyanı, doğma meydanda isə İsveç futbolçularını məğlub edə bilmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO