İstanbulun Çağlayan ədalət sarayının girişində törədilən silahlı hücumla bağlı araşdırmalar davam edir.
Bizim.Media xəbər verir ki, terror aktı ilə əlaqədə şübhəli bilinərək saxlanılanların sayı 93-ə yüksəlib. Araşdırmalar beş prokuror və ölkənin baş prokurorun vəkili tərəfindən aparılır.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 11:46-da İstanbulun Çağlayan məhkəməsinin binası qarşısındakı təhlükəsizlik postuna silahlı hücum edilib. Hadisə zamanı bir vətəndaş həlak olub. Hücumun iştirakçıları - İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının iki üzvü hadisə yerində öldürülüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:02 / 08.02.2024
İstanbuldakı terror aktı ilə bağlı tutulanların sayı 93-ə çatdı
Hazırda oxunan: İstanbuldakı terror aktı ilə bağlı tutulanların sayı 93-ə çatdı
Hazırda oxunan: İstanbuldakı terror aktı ilə bağlı tutulanların sayı 93-ə çatdı
177213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.